|
“Qafqaz Lizinq” MMC 30 Oktyabr 2007-ci ildə əsası qoyulmuş bir maliyyə lizinq şirkətidir. Təsis payı 100% NAB Şirkətlər Qrupuna ( www.nab.com.tr ) aiddir.
NAB Şirkətlər qrupunun əsası 1988-ci ildə qoyulmuş və baş ofisi Türkiyədə yerləşir. NAB Şirkətlər Qrupu biznesin bir neçə sahəsini əhatə edən fəaliyyətlər göstərir ki, bunlara istehsalat sahəsi (polad əritmə), maliyyə sahəsi (bank, lizinq), tikinti (Silsila General Trading) və distribyusiya (Hyundai avtomobilləri, məişət texnikası(Tefal), elektro təhcizatlar (Samsung, Siemens və.s) sahələrini aid etmək olar.
Əsas diqqət mərkəzimiz lizinq alanlar, yəni öz bizneslərini inkişaf etdirmək istəyən sahibkarlar və öz tələblərini ödəmək istəyən istehlakçılardır. Bazara daxil olduğumuz bir vaxtdan biz potensial və etibarlı müştəriləri cəlb edib və bu qısa müddət ərzində bizim müştərilərimizə olan münasibətimizə, cəld və profesional xidmətlərimizə, şəxsi yanaşmalarmıza və rəqabətli bazar təkliflərimizə görə müştərilərimizin etirabını qazanmağı bacarmışıq.
Əsas hədəflər
Şirkət yarandıqdan bəri həm daxili siyasət, həm də xarici siyasət olaraq bir çox hədəflərə nail olmağı qarşısına məqsəd qoymuşdur.
- Yüksək səviyyəli kadr heyəti ilə əla iş atmosferi yaratmaq.
- Alıcı ilə satıcılar arasında kamil münasibətlərin yaradılması.
- İstehlak və Korporativ bazarında müştərilərin tələbatlarını qarşılamaqla hər iki sahədə uğurlu olmaq.
Biz inanırıq ki, yuxarıda göstərdiyimiz hədəflərə nail olmaq mümkündür. Ümumiyyətlə Azərbaycanda lizinq sahəsi yeni bir sahədir və Azərbaycanın sürətlə inkişaf edən iqtisadiyyatında Lizinqin rolu böyukdür.
Yalnız istehlak bazarında deyil həmçinin son illər ərzində yük və ticarət avtomobillərin bazar payının böyük olması Qafqaz lizinq MMC nin gələcək inkişafına və böyük layihələrdə iştirakına zəmanət verir.
Bizim xidmətlərimiz yalnız avtomobil sahəsini əhatə etmir. Avtomobil bazarından əlavə olaraq biz tikinti, səhiyyə, yeyinti, tekstil, ofis ləvazimatları, turizm, kənd təsərüffatı, neft kimya və s. kimi sahələrin inkişaf etdirilməsi üçün lizinqin verilməsini də nəzərdə tuturuq. Adlarını qeyd etdiyimiz bu sahələr Azərbaycanda tez bir sürətlə inkişaf etməkdədir və biz də bu inkişafın bir hissəsi olmaq niyyətindəyik.
|