“Qafqaz Lizinq” ASC 30 oktyabr 2007-ci ildə yaradılan bir lizinq şirkətidir. “Qafqaz Lizinq” ASC 2007-ci ildə yaradıldıqdan qısa müddət sonra lizinq sektorunda üst sıralara yüksəlmişdir.

   “Qafqaz Lizinq” ASC uğurlarının ardında əməkdaşları tərəfindən mənimsənmiş güclü təşkilati mədəniyyət və prinsiplər dayanır. “Qafqaz Lizinq” ASC-nin əməkdaşlarının vəzifələrini ən yaxşı şəkildə yerinə yetirə bilməsi məqsədilə hazırlanan siyasət aşağıdakı meyarlara söykənir:

  • Əməkdaşlar arasında heç bir fərq qoyulmayaraq bütün əməkdaşların bacarıqlarını və qabiliyyətlərini tam şəkildə istifadə edə biləcəkləri, inkişaf etdirə biləcəkləri iş şəraiti və şərtləri ilə təmin edilməsi;
  • Bütün əməkdaşlara bazar və günün şərtlərinə uyğun yetərli əmək haqqı və digər əlavə üstünlüklər verilməsi;
  • Əməkdaşlara vəzifələri ilə əlaqəli inkişaflarını təşkil edəcək və uğurlarını artıracaq təhsil və staj imkanlarının yaradılması;
  • Qarşılıqlı inam, anlayış və ünsiyyət içərisində yeni fikirlərə bünövrə hazırlanması və problemlərə həll tapılması;
  • Karyera planları çərçivəsində bir üst vəzifəyə layiq olduqları müəyyənləşdirildikdə vəzifə artımlarının reallaşdırılması.

 

Hal-hazırda “Qafqaz Lizinq” ASC Bakı şəhərində yerləşən filialları üçün
Biznes kreditləri üzrə aparıcı mütəxəssis vəzifəsinə işçi qəbulu elan edir.


Əsas vəzifə və öhdəliklər:

- Yeni müştərilərin cəlb edilməsi üçün aktiv marketinq təbliğatının həyata keçirilməsi və müştərilərə şirkətin lizinq məhsullarına dair məlumatın verilməsi;

- Müraciət ərizələrinin qəbulu, müştərilərin və zaminlərin (əgər mövcuddursa) təhlili, ödəmə qabiliyyətinin müəyyən edilməsi;

- Müraciətlərin filialın kredit komitəsinə təqdim edilməsi və müdafiəsi;

- Lizinq portfelinin formalaşdırılması və idarə edilməsi;

- Lizinq layihələri üzrə risklərinin qiymətləndirilməsi;

- Müvafiq hesabatların hazırlanması: Müştərilərin geri ödənişlərinə nəzarət;


Tələb olunan keyfiyyətlər:

- Ali təhsil (idarəetmə, maliyyə, biznes və s. iqtisadi sahələr üzrə);

- Biznes kreditləri sahəsində ən azı 2 (iki) il iş təcrübəsi;

- Azərbaycan dilində sərbəst danışmaq və yazmaq;

- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;

- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;

- Microsoft Office proqramlarında (Word, Excel, Power Point, Access) işləmək bacarığı;

- Müştərilərlə davranış etikası.

Əmək haqqı: 1000-1200 AZN
Lizinq, bank və ya bank olmayan kredit təşkilatında kredit mütəxəssisi vəzifəsində çalışan namizədlərə üstünlük veriləcəkdir.


 Vakansiyalarla maraqlanan şəxslərdən CV – lərini  hr@qafqazleasing.comelektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını qeyd etməklə göndərmələri xahiş olunur.

 


 

Telefon:
S.A.A:
Zəng saatı:
:
Mövzu:
Əlavə məlumat:

qafqazleasing.com      

Bütün hüquqlar qorunur  ©  2017| site by SAFF MMC |