Lizinq bir maliyyə xidmətidir. 


   Lizinq, bir avadanlığın öz vəsaitlərilə və ya kreditlə satınalınmasına alternativ olaraq bir lizinq şirkəti tərəfindən satın alınaraq müəssisəyə orta və uzun müddətə istifadəyə (icarəyə) verilməsidir. Müəssisə avadanlığı öz vəsaitləri ilə satınalması yerinə lizinqə götürülməsi nəticəsində, öz vəsaitlərinin digər sahələrə yönəldilməsi və nəticədə müəssisənin mənfəətliliyinin artırılması mümkündür. Belə ki, investisiya qoyuluşlarının lizinqlə həyata keçirilməsi sərbəst qalan öz vəsaitlərin dövriyyə vəsaiti kimi istifadəsinə yol açır və qısa müddətli kreditlərdən istifadəyə ehtiyac qalmır.

Beləliklə, firma risklərini azaldır və fəaliyyət sahəsini möhkəmləndirir.
Lizinq üçtərəfli sazişdir. Lizinq sövdələşməsinin iştirakçıları əsas üç şəxsdən ibarət olur: lizinqverən (Lizinq Şirkəti), lizinqalan (Siz) və lizinqə veriləcək avadanlığın satıcısı (Təchizatçı).

  • Lizinq sövdələşməsində ən azı iki müqavilənin bağlanması nəzərdə tutulur:

  • Lizinq verənlə (lizinq şirkəti) və lizinqalan arasında (müştəri) lizinq müqaviləsi;

  • Lizinq verən və avadanlığın satıcısı (təchizatçısı) arasında alqı-satqı müqaviləsi;

  • Lizinq Müqaviləsinin Subyektləri – Lizinq Verən, Lizinq Alan və Satıcı

  • Lizinq оbyеki – Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır.

Avadanlığın satıcıları (təchizatçıları) müştəri şirkətin (lizinqalanın) özü tərəfindən seçilir. 

Lizinqin növləri
Ümumiyyətlə, lizinqin ən geniş istifadə edilən aşağıdakı növləri vardır. Bunlar Operativ Lizinq (Operating Leases), Maliyyə Lizinqi (Financial Leases) və Sublizinqdir (Sublease).


 

 



 

Telefon:
S.A.A:
Zəng saatı:
:
Mövzu:
Əlavə məlumat:

qafqazleasing.com      

Bütün hüquqlar qorunur  ©  2017| site by SAFF MMC |