Lizinqin üstünlükləri

  • Lizinq,biznesinizin dinamik inkişafına şərait yaradır, həm də rəqabət qabiliyyətinin artırılması göstəricilərindən biridir.

  • Lizinq - əsas vəsaitlərin təzələnməsi vasitəsidir.

  • Lizinq mütəmadi olaraq avadanlığın təzələnməsinə və bununla da müasir texnologiyadan istifadə edilməsinə imkan yaradır.

  • Lizinq büdcə məhdudiyyətlərini nəzərə almamaq imkanını yaradır.

  • Lizinqdə bütün ödənişləriniz nəğd vəsaitlərinizin axımına uyğunlaşdırılır və maliyyə ehtiyacı hissetmədən uzun müddətə geri ödəmə imkanı əldə edirsiniz.

  • Lizinq prosesində sərmayəniz özü-özünü maliyyələşdirir. Belə ki, lizinq ödənişlərini sərmayə qoyuluşundan əldə edəcəyiniz gəlirlə həyata keçirəcəksiniz.

  • Lizinq ödəmələri ƏDV-yə cəlb olunmur.

  • Sizin dövriyyə vəsaitləriniz  Sizdə qalır.

  • Siz avadanlığın alınmasına vəsait qoymursunuz. Həmin vəsaitləri Siz marketinqə, dövriyyə kapitalının artırılmasına, cari xərclərinizin ödənilməsinə yönəldə bilərsiniz.

  • Lizinqdən istifadə edərkən Siz kredit xətlərindən istifadə etmirsiniz və onları operativ və qısamüddətli maliyyə ehtiyaclarınızın ödənilməsi üçün istifadə etmək imkanına malik olursunuz. 

  • Aylıq ödənişlər avadanlıqdan dərhal istifadə edilməsinə imkan yaradır. Yeni müasir avadanlıqdan istifadə edərək Siz gəlir əldə edir və avadanlıqdan istifadə edilməsinə görə həmin gəlirdən haqq ödəyirsiniz. .

  • Daşınma, quraşdırma, personalın təliminə çəkilən xərclər də daxil olmaqla lizinq avadanlığın dəyərinin 100% maliyyələşdirə bilər.

  • Vəsaitin çatışmaması üzündən lazım olan avadanlığın alınması gecikdirildikdə, yaxud bundan imtina edildikdə lizinq əvəzolunmazdır, çünki o, lizinq ödənişlərinə az məbləğlərin xərclənməsinə və eyni zamanda lazım olan avadanlıqdan istifadə edilməsinə imkan yaradır.

  • Lizinq-hətta büdcəsinin imkanları xeyli məhdud olan müəssisələr üçün də mümkündür.

  • Lizinq avadanlığı lizinq şirkətinin mülkiyyətində olduğundan, Lizinq şirkəti bank kreditlərindən fərqli olaraq adətən müştərilərindən əlavə girov tələb etmir. Bu faktın mövcud olması qeyri təkmil girov qanunvericiliyi olan ölkələrdə fəaliyyət göstərən müəssisələr üçün lizinqi xüsusilə əlverişli edir.

  • Lizinq müqaviləsinin müddəti başa çatdıqda əmlak sizin mülkiyyətinizə keçir və ya siz onu üçüncü şəxsin mülkiyyətinə verə bilərsiniz     

 



 

Telefon:
S.A.A:
Zəng saatı:
:
Mövzu:
Əlavə məlumat:

qafqazleasing.com      

Bütün hüquqlar qorunur  ©  2017| site by SAFF MMC |