Azərbaycan Respublikasının Vergi Məcəlləsi (çıxarışlar)

Ümumi Hissə13.2.14. Maliyyə xidmətləri:

13.2.14.1. kreditlərin, maliyyə lizinqi əməliyyatlarının, kredit təminatlarının və pul-kredit əməliyyatlarında hər hansı girov və ya lombard təminatının təqdim edilməsi (yaxud verilməsi) və qaytarılması, o cümlədən krediti və ya təminatı təqdim etmiş şəxsin kreditləri və kredit təminatlarını idarə etməsi;

Maddə 114. Amortizasiya ayırmaları və gəlirdən əsas vəsaitlər amortizasiya olunan aktivlər üzrə çıxılan məbləğlər

114.1. Bu Məcəllənin 99-cu maddəsində müəyyən edilmiş sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətində istifadə edilən əsas vəsaitlər üzrə amortizasiya ayırmaları bu maddənin müddəalarına uyğun olaraq gəlirdən çıxılır.

114.2. Torpaq, incəsənət əsərləri, nadir tarixi və memarlıq abidələri olan binalar, qurğular (tikililər) və bu maddə ilə müəyyən edilən köhnəlməyə məruz qalmayan digər aktivlər amortizasiya olunmur:

114.2.1. elmi-tədqiqat, tədris və təcrübə məqsədi üçün kabinetlərdə və laboratoriyalarda istifadə edilən avadanlıqlar, eksponatlar, nümunələr, fəaliyyətdə olan və olmayan modellər, maketlər və başqa əyani vəsaitlər;

114.2.2. məhsuldar heyvanlar (damazlıq inəklər, camışlar, madyanlar, dəvələr, marallar, donuzlar, qoyunlar, keçilər, döllük buğalar, kəllər, ayğırlar, nərlər, qabanlar, qoçlar, təkələr və bunlar kimi digər məhsuldar heyvanlar);

114.2.3. heyvanxanalarda və digər analoci müəssisələrdə olan heyvanat aləminin eksponatları;

114.2.4. istismar vaxtı çatmayan çoxillik əkmələr;

114.2.5. kitabxana fondları, kinofondlar (video, audio, foto), səhnə rekvizitləri, muzey sərvətləri (eksponatları);

114.2.6. tam amortizasiya olunmuş əsas vəsaitlər, onlar istismara yararlı olduğu hallarda;

114.2.7. konservasiya edilmiş əsas vəsaitlər;

114.2.8. ümumi istifadədə olan avtomobil yolları;

114.2.9. ümumi istifadədə olan parklardaki avadanlıqlar;

114.2.10. istismara verilməmiş anbarda olan əsas vəsaitlər.

114.3. Amortizasiya olunan aktivlər üzrə illik amortizasiya normaları aşağıdakı kimi müəyyən edilir:

114.3.1. binalar, tikintilər və qurğular -7%-dək;

114.3.2. maşınlar, avadanlıq və hesablama texnikası-25%-dək;

114.3.3. nəqliyyat vasitələri -25%-dək;

114.3.4. iş heyvanları – 20%-dək;

114.3.5. geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər-25%-dək;

114.3.6. qeyri-maddi aktivlər – istifadə müddəti məlum olmayanlar üçn 10 faizədək, istifadə müddəti məlum olanlar üçün isə illər üzrə istifadə müddətinə mütənasib məbləğlərlə;

114.3.7. digər əsas vəsaitlər – 20%-dək;

114.3.8.Cari ildə faktiki dəyəri ödənilmiş istehsal təyinatlı kapital qoyuluşları, habelə lizinq obyekti olan əmlak üçün (təbii inhisar subyektlərinin, habelə qiymətləri dövlət tərəfindən tənzimlənən mal istehsalı, iş görülməsi, xidmət göstərilməsi ilə məşğul olan təsərrüfat subyektlərinin kapital qoyuluşları istisna olmaqla) bu Məcəllənin 114.3.1-ci, 114.3.2-ci, 114.3.3-cü və 114.3.7-ci maddələrində nəzərdə tutulmuş amortizasiya normalarını 2 dəfəyədək artırmaqla.

İstehsal təyinatlı kapital qoyuluşları dedikdə bilavasitə mal istehsalı prosesində iştirak edən binaların-sexlərin yeni tikinti formasında əsaslı tikintisi, yenidən qurulması, fəaliyyətdə olan müəssisələrin genişləndirilməsi və texniki cəhətdən yenidən təchizi, habelə qurğuların, avadanlıqların, istehsaldaxili nəqliyyat vasitələrinin və əsas vəsaitlərin, digər obyektlərinin (və ya hissələrinin) satın alınması başa düşülür. Bu Məcəllənin 114.3.8-ci maddəsində göstərilən qaydalar aşağıdakı hallarda tətbiq olunmur:

- qanunvericiliyə əsasən bilavasitə istehsal fəaliyyəti ilə məşğul olunması qadağan edilmiş müəssisə və təşkilatlara;

- sponsorların maliyyə yardımı və digər əvəzsiz verilmiş yardım hesabına kapital qoyuluşlarına.

114.4. Əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları bu Məcəllənin 114.3-cü maddəsi ilə hər kateqoriyaya aid olan əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna qalıq dəyərinə tətbiq etməklə hesablanır. Hər hansı kateqoriyaya aid olan əsas vəsaitlər üzrə vergi ili üçün müəyyən olunmuş amortizasiya normalarından aşağı norma tətbiq olunduqda, bunun nəticəsində yaranan fərq növbəti vergi illərində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna bilər.

114.5. Binalar, tikililər və qurğular (bundan sonra tikililər) üçün amortizasiya ayırmaları hər tikili üzrə ayrılıqda aparılır.

114.6. Amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlər (vəsait) üzrə vergi ilinin sonuna qalıq dəyəri aşağıdakı qaydada müəyyənləşdirilən (lakin sıfırdan aşağı olmayan) məbləğdən ibarət olur: əsas vəsaitlərin (vəsaitin) əvvəlki ilin sonuna qalıq dəyərinə (həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq cari ildə daxil olmuş əsas vəsaitlərin (vəsaitin) dəyəri, habelə cariildə bu Məcəllənin 115-ci maddəsinə əsasən müəyyən edilən təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi əlavə edilir, vergi ilində təqdim edilmiş, ləğv edilmiş və ya qalıq dəyəri şərti maliyyə vahidinin 100 mislindənvə ya ilkin dəyərin 5 faizindən az olduqda əsas vəsaitlərin qalıq dəyəri çıxılır.

114.7. əsas vəsaitlərin (vəsaitin) təqdim edilməsindən əldə olunan məbləğ həmin əsas vəsaitlərin (vəsaitin) qalıq dəyərindən artıqdırsa yaranmış fərq gəlirə daxil edilir.

114.8. İlin sonuna əsas vəsaitin qalıq dəyəri şərti maliyyə vahidinin 100 mislindənvə ya ilkin dəyərinin 5 faizindən az olduqda, qalıq dəyərinin məbləği gəlirdən çıxılır.

114.9. Əsas vəsaitlərin (vəsaitin) təqdim edilməsindən əldə olunan məbləğ, həmin əsas vəsaitlərin (vəsaitin) qalıq dəyərindən azdırsa, yaranmış fərq gəlirdən çıxılır.

Maddə 123. Ödəmə mənbəyində faizlərdən vergi tutulması

123.1. Rezident banklarına və ya qeyri-rezident bankların Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə kreditlər (ssudalar) depozitlər (hesablar) üzrə ödənilən faizlər istisna olmaqla, rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.

123.2. Faizlərin faktiki sahibi fiziki şəxsdirsə, bu Məcəllənin 123.1-ci və 123.4-cü maddələrinə uyğun olaraq vergi tutulmuş faizlər həmin fiziki şəxslərə ödənildikdən sonra onlardan bir daha vergi tutulmur.

123.3. Faizlərin faktiki sahibi mənfəəti vergiyə cəlb olunan rezident müəssisədirsə və ya qeyri-rezidentin daimi nümayəndəliyidirsə, bu Məcəllənin 123.1-ci maddəsinə uyğun olaraq vergi tutulmuş faizləri alan həmin müəssisə və ya qeyri-rezidentin daimi nümayəndəliyi hesabladığı verginin məbləğini, ödəmə mənbəyində verginin tutulduğunu təsdiq edən sənədləri vermək şərti ilə bu mənbədə ödənilmiş verginin məbləği qədər azaldır.

123.4. Həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq kimi alınan gəlirdən ödəniş mənbəyindən 10 faiz dərəcəsi ilə vergi tutulur.

Maddə 125. Qeyri-rezidentin gəlirindən ödəmə mənbəyində vergi tutulması

125.1. Qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan aşağıdakı dərəcələrlə vergi tutulur:

125.1.1. dividend – bu Məcəllənin 122-ci maddəsinə uyğun olaraq;

125.1.2. faizlər – bu Məcəllənin 123-cü maddəsinə uyğun olaraq;

125.1.3. rezident müəssisəsinin və ya sahibkarın lizinq, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödəmələri, habelə riskin sığortasına və ya təkrar sığortasına dair müqaviləyə uyğun olaraq sığorta ödəmələri – 4 faiz;

125.1.4. Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisəsinin və ya sahibkarın ödəmələri – 6 faiz;

125.1.5. rezident müəssisəsinin və ya sahibkarın aşağıdakı ödəmələrindən: muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər, o cümlədən bu Məcəllənin 13.2.16.2-ci, 13.2.16.10-cu, 13.2.16.11-ci, 13.2.16.12-ci və 13.2.16.14-cü maddələrində göstərilən xidmətlərdən alınan gəlir və Azərbaycan mənbəyindən əldə edilən digər gəlirlər – 10 faiz;

125.1.6. rezident müəssisəsinin və ya sahibkarın muzdlu işlə əlaqədar ödədiyi gəlir – bu Məcəllənin 101-ci maddəsində göstərilən dərəcələrlə;

125.1.7. icarə haqları və royalti – bu Məcəllənin 124-cü maddəsinə uyğun olaraq.

125.2. Bu maddənin məqsədləri üçün qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi tərəfindən və ya onun adından aparılan ödəmələr rezident müəssisənin ödəmələrinə bərabər tutulur.

125.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrdə vergilərin aşağı dərəcəsi və ya vergilərdən tam azad olunma nəzərdə tutulduğu halda, ödəmə mənbəyində artıq tutulmuş vergi məbləği bu Məcəllənin 87.4-cü maddəsində müəyyən edilmiş qaydada geri qaytarılır.

Maddə 140. Maliyyə lizinqi

140.1. İcarəyə verən maddi əmlakı maliyyə lizinqi müqaviləsi üzrə icarəyə verirsə, vergitutma məqsədləri üçün icarəçi əmlakın sahibi, icarə ödəmələri isə icarəçiyə verilmiş ssuda üzrə ödəmələr sayılır.

140.2. Aşağıdakı hallarda əmlak icarəsi maliyyə lizinqi sayılır:

140.2.1. lizinq müqaviləsi ilə icarə müddəti qurtardıqdan sonra əmlakın mülkiyyətə verilməsi nəzərdə tutulur,yaxud icarə müddəti qurtardıqdan sonra icarəçi əmlakı müəyyən edilmiş və ya qabaqcadan güman edilən qiymətlərlə almaq hüququna malikdir, yaxud;

140.2.2. icarə müddəti icarəyə götürülən əmlakın istismar müddətinin 75 faizindən artıqdır, yaxud;

140.2.3. icarə müddəti qurtardıqdan sonra əmlakın qalıq dəyəri icarənin əvvəlinə onun bazar qiymətinin 20 faizindən azdır, yaxud;

140.2.4. icarə haqqının ödəniləcək məbləği əmlakın icarənin əvvəlinə olan bazar qiymətinin ən azı 90 faizinə bərabərdir və ya ondan artıqdır, yaxud;

140.2.5. icarəyə götürülən əmlak icarəçi üçün sifarişlə hazırlanmışdır və icarə müddəti qurtardıqdan sonra icarəçidən başqa heç kəs tərəfindən istifadə edilə bilməz.

140.3. Bu Məcəllənin 140.2.4-cü maddəsi aktivin istifadə olunması müddətinin 3/4-ü qurtardıqdan sonra başlanan icarəyə tətbiq edilmir.

140.4. Bu maddənin məqsədləri üçün maliyyə lizinqi üzrə icarə ödəmələrinin cari dəyərini müəyyənləşdirməkdən ötrü istifadə edilən faiz dərəcəsi ödəmələr aid olduğu dövrdə eyni valyuta ilə, oxşar muddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizi məbləğində götürülür.

140.5. Bu maddənin məqsədləri üçün icarəçinin icarəni təzələmək hüququna malik olduğu əlavə müddət icarə müddətinə daxildir.

140.6. İcarəyə verən maliyyə lizinqi başlananadək aktivin sahibi olduğu hallarda, bu Məcəllənin 140.1-ci maddəsində göstərilən ssudanın verilməsi rejiminə əlavə olaraq, əqd əmlakı icarəyə verənin satması və icarəçinin alması kimi qiymətləndirilir.r. Bu Məcəllənin 114.3.8-ci maddəsində g

- qanunvericiliyə əsasən bilavasitə istehsal fəaliyyəti ilə məşğul olunması qadağan edilmiş mü

- sponsorların maliyyə yardımı və digər əvəzsiz verilmiş yardım hesabına kapital qoyuluşlarına.

114.4. Əsas vəsaitlərin kateqoriyaları ü

114.5. Binalar, tikililər və qurğular (bundan sonra tikililər) ü

114.6. Amortizasiya hesablanması məqsədləri ü

114.7. əsas vəsaitlərin (vəsaitin) təqdim edilməsindən əldə olunan məbləğ həmin əsas vəsaitlərin (vəsaitin) qalıq dəyərindən artıqdırsa yaranmış fərq gəlirə daxil edilir.

114.8. İlin sonuna əsas vəsaitin qalıq dəyəri şərti maliyyə vahidinin 100 mislindənvə ya ilkin dəyərinin 5 faizindən az olduqda, qalıq dəyərinin məbləği gəlirdən ç

114.9. Əsas vəsaitlərin (vəsaitin) təqdim edilməsindən əldə olunan məbləğ, həmin əsas vəsaitlərin (vəsaitin) qalıq dəyərindən nizamnamə fonduna (kapitalına) pay şəklində hər hansı əmlakın qoyulması (əmlakın pay şəklində qoyuluşu, onun müqabilində bilavasitə digər əmlakın əldə edilməsi ilə əlaqədar olmadıqda);

164.1.6. tutulan məbləğlər hədlərində dövlət hakimiyyəti, yerli özünü idarəetmə və digər səlahiyyətli orqanların tutduğu dövlət rüsumu, icazə haqları, yığımlar və onların tutulması müqabilində göstərdiyi xidmətlər;

164.1.7. kütləvi informasiya vasitələri məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələr, mətbu kütləvi informasiya vasitələri məhsulları istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla);

164.1.8. orta məktəb dərslikləri, uşaq ədəbiyyatının və büdcədən maliyyələşdirilən dövlət əhəmiyyətli nəşrlərin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti;

164.1.9. dəfn və qəbiristanlığın mərasim xidmətləri;

164.1.10. Azərbaycan Respublikası Milli Bankının qanunvericiliklə nəzərdə tutulmuş vəzifələrinin yerinə yetirilməsi ilə bağlı mal idxalı, iş görülməsi və xidmət göstərilməsi.

164.1.11. Azərbaycan Respublikasına, o cümlədən onu təmsil edən hüquqi şəxslərə neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlərə uyğun olaraq verilməsi nəzərdə tutulan əsas fondların, daşınan əmlakın və digər aktivlərin Azərbaycan Respublikası Dövlət Neft Fonduna hər hansı şəkildə təqdim edilməsi üzrə əməliyyatlar.

164.2. İdxalın bu maddədə göstərilməyən digər növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən əDV-dən azad edilə bilər.

Fəsil I. Ümumi müddəalar

Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar

 



 

Telefon:
S.A.A:
Zəng saatı:
:
Mövzu:
Əlavə məlumat:

qafqazleasing.com      

Bütün hüquqlar qorunur  ©  2017| site by SAFF MMC |